Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı
Üç min ton qarğıdalı ilə Ukraynadan İtaliyaya üzən “Lady Zehma” yük gəmisi cümə axşamı İstanbulun Bosfor boğazında saya oturub.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi məlumat yayıb.
Məlumata görə, insident gəmi İstanbulun Bebek səmti yaxınlığından keçərkən baş verib.
Nəticədə boğazda nəqliyyatın hərəkəti dayandırılıb.
Hadisə yerinə 4 yedək gəmisi göndərilib.












