Əfqanıstanda məscid partladıldı - Yüzlərlə xəsarət alan var - VİDEO

 15:26 02.09.2022     383

Əfqanıstanın Herat şəhərində məsciddə cümə namazı zamanı güclü partlayış törədilib.

Redaktor.az "Aamaj News"a istinadən xəbər verir ki, partlayış nəticəsində azı 50 nəfər həyatını itirib, 100-ə yaxın yaralının olduğu bildirilir.

Terror aktı nəticəsində məscidin imamı, “Taliban”a yaxınlığı ilə tanınan və Əfqanıstanda İŞİD-ə qarşı barışmaz mövqeyi ilə seçilən Mucib Rəhman Ənsarinin də həlak olduğu bildirilir.

Hələlik heç bir qruplaşma partlayışı öz üzərinə götürməsə də, insidentin arxasında İŞİD-in dayandığı şübhə doğurmur.

Vumart və Güvən reklamı Vumart Güvən