Nur-Sultanın yenidən Astana adlandırılması təklif edilir 

 22:25 02.09.2022     345

Qazaxstan parlamentinin millət vəkilləri paytaxtın əvvəlki adının qaytarılmasını təklif edib.

Redaktor.az xəbər verir ki, "Yeni Qazaxıstan" partiyasının deputatları paytaxt Nur-Sultan şəhərinin yenidən Astana adlandırılmasını istəyir.

“İnsan həyatda olarkən onun adının bir şəhərə verilməsini yanlış hesab edirik. Xalq da paytaxtın yeni adını qəbul etməyib”, - deyə partiyadan bildirilib.

Xatırladaq ki, Qazaxıstanın paytaxtı 2019-cu ildən Nur-Sultan adlandırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən