Ruslar Xarkova hücum etdilər - Xəsarət alanlar var
Ruslar gün ərzində Ukraynanın Xarkov vilayətini, həmçinin vilayətin Xarkov, İzyum, Boqoduxovski və Çuqevski rayonlarını atəşə tutublar.
Redaktor.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinegubov Telegram-da məlumat verib .
Məlumata görə, atəş nəticəsində bir gündə 6 mülki şəxs xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib .
Nərmin VÜQARQIZI












