Ukraynada daha 350 işğalçı MƏHV EDİLDİ - FOTO

 10:39 03.09.2022     360

“Ukraynada Rusiya ordusunun daha 350-dən çox hərbçisi məhv edilib”.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 49.050 nəfərə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 034 tank, 4 403 zirehli döyüş maşını, 1134 artilleriya sistemi, 293 reaktiv yaylım atəşi sistemi, 153 hava hücumundan müdafiə sistemi, 235 təyyarə, 205 helikopter, 864 PUA, 203 qanadlı raket, 15 gəmi, 3 268 avtomobil texnikası və avtosistern, 105 xüsusi texnikadan ibarətdir.

Məlumatda bildirilib ki, Rusiya ən çox itkini Donetsk və Krivoy Roq istiqamətlərində verib.

Nərmin VÜQARQIZI

2
Vumart və Güvən reklamı Vumart Güvən