90-a yaxın PKK-çı zərərsizləşdirilib

 20:06 03.09.2022     512

2022-ci ilin avqust ayında PKK terror təşkilatının 90-a yaxın üzvü zərərsizləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə daxili İşlər nazirinin müavini, nazirliyin mətbuat katibi İsmail Çataklı bildirib.

Çataklı qeyd edib ki, avqustda PKK-ya qarşı ümumilikdə 12 563 əməliyyat keçirilib. Əməliyyatlarda 16 nəfər terrorçu öldürülüb, 60-ı diri ələ keçirilib, 14-ü isə təslim olub.

Həmçinin PKK-nın 593 üzvü saxlanılıb, təşkilata kömək etməkdə şübhəli bilinən 1 371 nəfər tutulub.

Avqust əməliyyatları zamanı 106 bunker, sığınacaq və mağara yararsız hala salınıb.

Vumart və Güvən reklamı Vumart Güvən