Pakistanda yağışdan ölənlərin sayı daha da artdı

 23:11 03.09.2022     608

Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 1 265 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistanın Təbii Fəlakətlərlə Mübarizə Agentliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə son 24 saatda daha 57 nəfər təbii fəlakətin qurbanı olub.

Bununla da iyunun 14-dən Pakistanda davam edən musson yağışlarında ölənlərin sayı 1 265 nəfərə yüksəlib. Sel və daşqınlardan ümumilikdə 33,4 milyon insan zərər çəkib.

Ölkə üzrə kənd təsərrüfatına yararlı torpaqların 45 faizinin su altında qalduğu bildirilir.