Ermənistanda yanacaqdoldurma məntəqəsi partladı

 23:54 03.09.2022     297

Ermənistanın İcevan şəhərində yanacaqdoldurma məntəqəsində güclü yanğın baş verib.

Redaktor.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, xilasedicilər gələnə qədər ağır yanıq xəsarəti alan üç nəfər əvvəl İcevan Tibb Mərkəzinə, daha sonra isə İrəvan Yanıq Mərkəzinə yerləşdirilib.

Xəsarət alanlardan hər üçünün vəziyyəti kritik olaraq qiymətləndirilib.

Hələlik yanğının təfərrüatları barədə məlumat verilməyib.