Britaniyada qazla bazğlı bəzi məhdudiyyətlər gözlənir

 09:55 04.09.2022     282

Böyük Britaniyada enerji böhranı nəticəsində əhaliyə axşam saat 8-ə qədər yemək bişirmək qadağan oluna bilər.

Redaktor.az "Daily Mail"ə istinadən xəbər verir ki, pablar da yalnız axşam saat 9-a qədər işləyəcək.

Britaniyalılara saat 14:00-dan 20:00-a qədər paltaryuyan, qabyuyan maşın və sobadan istifadənin qadağan edilə bilər.

İnsanlar həftə içi saat 18:00-da ailə yeməyindən və ya bazar günü 17:00-da qızardılmış yeməkdən imtina etməli və onu daha sonrakı vaxta keçirməli olacaqlar.

Eyni zamanda, pablar saat 21:00-da işıqları söndürəcək, son sifarişlər isə saat 20:30-da qəbul ediləcək.

İqtisadiyyatdakı mövcud vəziyyətlə əlaqədar Britaniyada yeni məhdudiyyətlərin nə qədər davam edəcəyi hələlik məlum deyil.