Ukraynada canlı yayım zamanı güclü partlayış oldu - VİDEO

 10:07 04.09.2022     392

Ukraynanın Çerniqov şəhərinin mərkəzində silah-sursat sərgisində baş verən partlayış jurnalistlərdən birinin obyektivinə düşüb.

Redaktor.az xəbər verir ki, partlayışdan dərhal sonra jurnalistin müsahibə aldığı qadın və sərgidə iştirak edən şəxslər sürətlə ərazidən uzaqlaşmağa başlayıb. 

Qeyd edək ki, bu gün Çerniqov şəhərinin mərkəzində silah-sursat sərgisində tank əleyhinə qumbaraatanın partlaması nəticəsində 3 uşaq yaralanıb.

Uşaqlardan birinin vəziyyəti ağırdır.