Türkiyə kəşfiyyatı PKK liderlərindən birini MƏHV ETDİ

 12:33 04.09.2022     2370

Türkiyənin Milli Kəşfiyyat İdarəsi PKK-nın liderlərindən olan Bedirhan Abini zərərsizləşdirib.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, "Darav Gevda" kod adlı terrorçu İraqın şimalındakı Sincarda keçirilən əməliyyatda məhv edilib.

2011-ci ildə PKK sıralarına qatılan Abi təşkilat rəhbərliyi tərəfindən göndərildiyi Şırnak və Yüksekova bölgələrində terror fəaliyyətlərini davam etdirib. Türkiyədə olduğu müddətdə bəzi təhlükəsizlik qüvvələrinin şəhid olması ilə nəticələnən aksiyalara qatılıb.

Vumart və Güvən reklamı Vumart Güvən