Ukrayna ordusu bir gündə ruslara dəhşətli itkilər yaşatdı - 450 hərbçi, 1 təyyarə, 1 helikopter...

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 49500 (+ 450) canlı qüvvəsi, 2049 (+15) tankı, 4430 (+27) zirehli döyüş maşını, 1147 (+13) artilleriya sistemi, 294 (+1) reaktiv yaylım atəşi sistemi, 156 (+3) havadan müdafiə sistemi, 236 (+1) hərbi təyyarəsi, 206 (+1) helikopteri, 864 dronu, 203 qanadlı raketi, 15 gəmi/kateri, 3276 (+8) avtomobil texnikası və yanacaq çəni və 106 (+1) xüsusi texnikası məhv edilib.
Məlumata görə, Rusiya ötən gün ən böyük itkisini Donetsk və Kryvyi Rih istiqamətlərində verib.
T.İSMAYIL
