Ət reklamları qadağan edildi

Hollandiyanın Haarlem şəhəri iqlimə mənfi təsir göstərdiyi üçün ictimai yerlərdə ət və ət məhsullarının reklamını qadağan edəcək.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bundan əvvəl hava səyahətləri, benzinlə işləyən avtomobillər və yanacaq atıqlarının reklamını qadağan edən Haarlem şəhər rəhbərliyi daha bir ilkə imza atmağa hazırlaşır. Haarlem dünyada ət və ət məhsullarının reklamını qadağan edən ilk şəhər olacaq.
Ət reklamlarına qadağanın 2024-cü ildən başlaması planlaşdırılır.