Evlərini itirənlər 2100 dollar alacaq

 16:00 04.09.2022     454

Qazaxıstanın "Halyk Bank"ı ölkənin şimalında təbii yanğınlar nəticəsində evlərini itirmiş Kostanay vilayətinin sakinlərinə 1 milyon tenge (2,1 min ABŞ dolları) ayıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə maliyyə təşkilatının mətbuat xidməti məlumat yayıb.

"Bununla da evlərini itirmiş insanlar əldə etdikləri vəsaiti ən zəruri işlərə (ev kirayələmək, paltar, ərzaq və zəruri mallar almaq) sərf etmək imkanı əldə edəcəklər", - xəbərdə deyilir.

Bank rəhbərliyi, həmçinin yanan evlərin bütün sahiblərinə mövcud kreditlərin silinməsinə qərar verib (Report).