Ərdoğan Putinə başsağlığı verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin telefonla danışıblar. Zəng zamanı strateji layihələr və enerji sahəsində mühüm inkişaflar müzakirə edilib.
Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Kreml açıqlama yayıb.
Bildirilib ki, prezidentlərin telefon danışığı zamanı Ərdoğan Qorbaçovun vəfatı ilə bağlı Putinə başsağlığı verib.
Avqustun 5-də Soçidə keçirilən görüşlərdə əldə olunmuş razılaşmalar çərçivəsində Rusiya ilə Türkiyə arasında çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Ticarət-iqtisadi əlaqələrin inkişafı, o cümlədən enerji sektorunda birgə strateji layihələrin təşviqi məqsədi bir daha təsdiqlənib.
Görüş zamanı həmçinin Ukraynadakı vəziyyət də müzakirə olunub. Ərdoğanın vasitəçiliyi ilə iyulun 22-də İstanbulda imzalanan “taxıl müqaviləsi”nin icra prosesi dəyərləndirilib.