Almaniyada vətəndaşlara 65 milyard avro ayrılacaq

 17:25 04.09.2022     395

Almaniyada hakim koalisiya enerji böhranı şəraitində vətəndaşlara və ölkə iqtisadiyyatına dəstək üçün ümumi dəyəri 65 milyard avro olan yeni tədbirlər paketi ilə bağlı razılığa gəlib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə koalisiyaya daxil olan tərəflər arasında danışıqların yekunlarına görə yayılan sənəddə deyilir.

Koalisiya hesab edir ki, Ukraynadakı vəziyyət bütün dünyada enerji və ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxarır.

"Almaniyada bir çox vətəndaş üçün xərclərin artması getdikcə daha çox ciddi yükə çevrilir. Heç kim tək qalmayacaq", - deyə sənəddə bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən