Mirzoyan Lavrovla görüşəcək

 09:12 05.09.2022     123

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Sentyabrın 5-də Ararat Mirzoyan Rusiyaya işgüzar səfər edəcək.

Tərəflər görüş zamanı regional təhlükəsizlik və sabitlik, eyni zamanda Qarabağ məsələsini müzakirə edəcək.