Kabildəki partlayışda 2 rus diplomat öldü - VİDEO - YENİLƏNİB

 13:23 05.09.2022     166

Rusiyanın Kabildəki səfirliyinin binası yaxınlığında baş vermiş partlayış nəticəsində diplomatik nümayəndəliyin iki əməkdaşı həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Əfqanıstan təhlükəsizlik qüvvələri faktla bağlı araşdırma aparır. 

Son məlumata görə, hadisə nəticəsində minimum 10 nəfər həlak olub, 8 nəfər yaralanıb. 

***

Əfqanıstanın paytaxtı Kabildə, Rusiya səfirliyinin yaxınlığında törədilən partlayış nəticəsində 15-20 nəfərin öldüyü və ya yaralandığı güman edilir.

Redaktor.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, yaralananlardan ikisi rusiyalı diplomatlardır.  

Rəsmi qurumlar hələlik məlumatı təsdiqləməyib.