Rusiya və İran arasında viza rejimi ləğv edilir

 12:26 05.09.2022     88

Rusiya və İran 2023-cü il yanvarın 1-dən öz ölkələrinin qrup şəklində səyahət edən turistləri üçün viza rejimini ləğv edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Mədəniyyət və Turizm Nazirliyinin Marketinq və inkişaf idarəsinin başçısı Leyla Əjdəri bildirib.

Onun sözlərinə görə, İran-Rusiya turizm üzrə texniki komitəsinin ikinci iclasında tərəflər arasında sənəd imzalanıb: “İran və Rusiya hökumətləri arasında əvvəllər imzalanmış, razılaşdırılmış şərtlərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən Rusiya Federasiyası və İran vətəndaşları turistik məqsədlə ölkələrdən birinə 5 nəfərdən 50 nəfərədək olan qruplar şəkilində səyyahət edəndə 15 gün müddətinə səfər üçün vizaya ehtiyac duymayacaqlar”, - L.Əjdəri bildirib.

Qeyd edək ki, Rusiya və İran xarici işlər nazirləri 2017-ci ildə məsələ ilə bağlı razılığı imzalayıblar. Bu anlşama 2018-ci ildə qüvvəyə minməli idi, ancaq 2021-ci ilin iyun ayında bu müqavilənin layihəsi yenidən aidiyyatı qurumlar arasında imzalansa da, reallaşmayıb.