Türkiyənin hərbi helikopteri qəzaya uğradı

İraqın şimalında Türkiyə ordusuna məxsus hərbi helikopter qəzaya uğrayıb.
Redaktor.az xəbər verir ki, hadisə ilə bağlı Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Qəza Türkiyə ordusunun İraqda keçirdiyi “Pəncə-Kilid” əməliyyatı zamanı baş verib.
Qeyd olunur ki, helikopter sərt eniş edib.
Helikopterdə olan səkkiz hərbçidən yeddisi xilas edilib, bir nəfər itkin düşmüş hesab olunur.