Ermənistanın sabiq deputatı HƏBS EDİLDİ

 14:25 05.09.2022     320

Ermənistanda keçmiş deputat Mher Sedrakyan həbs edilib. 

Redaktor.az erməni KİV-lərinə istinadən xəəbr verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

"Milli Məclisin keçmiş deputatı Mher Sedrakyan bu gün Baş Prokurorluğa gələrək, təslim olub", - deyə bəyanatda qeyd olunub.

Prokurorluq bildirib ki, məhkəmə prokurorluğun təqdim etdiyi vəsatət əsasında Sedrakyanın əmlakına qarşı iddianın ilkin təminatı vasitəsi kimi həbs tətbiq edib.