Ukrayna ordusunun polkovniki həlak oldu

 15:30 05.09.2022     349

Ukrayna Silahlı Qüvvələrinin polkovniki Andrey Omelçenko Xersona əks-hücum zamanı Rusiya artilleriyasının açdığı atəş nəticəsində həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, Omelçenko 2014-cü ildən Donbassdakı münaqişədə iştirak edib.