Böyük Britaniyanın yeni Baş naziri seçildi

 15:54 05.09.2022     184

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin yeni Baş naziri seçilib.

Redaktor.az xəbər verir ki, məlumatı BBC yayıb.

Sentyabrın 5-də Mühafizəkarlar Partiyasına yeni lider seçkisi keçirilib. Siyasi təşkilatın sədri vəzifəsi uğrunda Liz Trass və paytaxt Londonun meri Rişi Sunak mübarizə aparıb.

Səsvermənin altıncı turunda L.Trass Mühafizəkarlar Partiyasının 81 326 üzvünün dəstəyini qazanıb. Onun rəqibi R.Sunak 60 min 399 səs toplayıb.

L.Trass Mühafizəkarlar Partiyasının lideri və Baş nazir vəzifəsində Boris Consonu əvəz edəcək.

B.Conson yaxın vaxtlarda Böyük Britaniya kraliçası II Elizabetə hökumət başçısı vəzifəsindən istefa verməsi barədə hesabat verməli və L.Trassı onun xələfi kimi təqdim etməlidir.

L.Trass kraliça ilə görüşdən sonra rəsmi olaraq Baş nazir olacaq.

Qeyd edək ki, L.Trassın 47 yaşı var. 11 ay xarici işlər naziri olmaqla, üç Baş nazirin hökumətində altı nazir vəzifəsində çalışıb.

L.Trassın dövründə Britaniya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq edib. O, Rusiyanın Ukraynaya təcavüzündə Kiyevi ən qəti dəstəkləyən, Rusiya Prezidenti Vladimir Putinə qarşı daha sərt davranmağa çağıran siyasətçilərdən biridir. Onun yeni “Dəmir Ledi” olmaq istədiyi güman edilir.

 Balmoralda (Şotlandiyada) qəbul edəcək.