İranda zəlzələ oldu, dağda uçqunlar yarandı

 17:45 05.09.2022     394

İranın Bəndər-Abbas dəniz limanı yaxınlığında yerləşən Hürmüzqan əyalətində 5,4 bal gücündə zəlzələ olub.

Redaktor.az xəbər verir ki, məlumatı “Baharnews” saytı yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində dağda uçqun yaranıb.

Tələfat və dağıntılar barədə hələ ki, məlumat yayılmayıb.