Müharibə əleyhdarı rus jurnalistə 22 il həbs verildi

Rusiya məhkəməsi vətənə xəyanətdə ittiham olunan jurnalist İvan Safronova 22 il həbs cəzası verib.
Redaktor.az xəbər verir ki, Safronovun vəkilləri hökmdən apellyasiya şikayəti verəcəklərini bildiriblər.
Safronov 2020-ci ilin iyulunda həbs edilib. Əvvələr “Vedomosti” və “Kommersant” qəzetlərində hərbi mövzular barədə yazan jurnalist həbs edilməzdən iki ay əvvəl Rusiyanın Kosmik Agentliyinin rəhbərinin köməkçisi təyin edilib.
O, 2017-ci ildə müxbir kimi çalışarkən NATO üzvü olan Çexiyaya Rusiyanın Yaxın Şərq və Afrikada silah satışı ilə bağlı hərbi sirləri ötürməkdə ittiham edilib. Jurnalist bildirib ki, onun təqdim etdiyi məlumatlar tamamilə açıq mənbələrə əsaslanıb.