Çində zəlzələ onlarla can aldı - VİDEO

 21:23 05.09.2022     438

Bazar ertəsi Çinin cənub-qərbindəki Sıçuan əyalətində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində 46 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Mərkəzi Televiziyası məlumat yayıb. 29 qurbanın cəsədi Qardze-Tibet Muxtar Vilayətində, 17 nəfərin isə Yaan şəhər dairəsində aşkar edilib.

50-dən çox insan yaralanıb, daha 16 nəfər itkin düşüb. Ümumilikdə, qeyd olunan ərazilərdə 50 mindən çox insan müvəqqəti olaraq köçürülüb.

Yeraltı təkanların baş verdiyi ərazidə yollar, elektrik xətləri və kommunikasiya infrastrukturu zədələnib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Xilasedicilər dağıntılar altında olan insanların axtarışlarını davam etdirirlər.