Lukaşenkonu öldürməkdə ittiham olunan müxalifətçilər həbs edildi

 22:18 05.09.2022     352

Belarus məhkəməsi müxalif siyasətçilər Yuri Zenkoviçi 11 il, Aleksandr Fedut və Qriqori Kostusevi 10 il, Olqa Qoluboviç və Denis Kravçuku isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Belarus" məlumat yayıb.

Adı çəkilən Belarus müxalifətçiləri dövlət çevrilişinə cəhddə və Belarus prezidenti Aleksandr Lukaşenkoya sui-qəsd hazırlamaqda ittiham olunurlar. Feduta, Kostusev və Zenkoviç cəzalarını ciddi rejimli koloniyada çəkəcəklər. 

Müstəntiqlərin fikrincə, müttəhimlər Qələbə günü paradında Lukaşenkonu öldürmək üçün sui-qəsd hazırlayıblar.

İş üzrə bir sıra təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər və ittihamları əsassız hesab edirlər.