Pakistanda hərbçilər həlak oldu

 23:12 05.09.2022     380

Pakistan ordusu Şimali Vəziristanda terrorçulara qarşı əməliyyat keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.

Əməliyyat zamanı 4 terrorçu zərərsizləşdirilib və xeyli sayda silah-sursat ələ keçirilib. Atışma zamanı Pakistan ordusunun 5 hərbi qulluqçusu həlak olub.