Rusiyanın Ukraynadakı canlı itkilərinin sayı 50 mini ÖTDÜ - FOTO

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 50 150 (+350) canlı qüvvəsi, 2077 (+9) tank, 4484 (+25) zirehli döyüş maşını, 1179 (+22) artilleriya sistemi, 296 (+2) reaktiv yaylım atəşi sistemi, 156 (+0) hava hücumundan müdafiə sistemi, 236 (+0) təyyarə, 207 (+1) helikopter, 876 (+9) PUA, 209 (+4) qanadlı raket, 15 gəmi, 3305 (+19) avtomobil texnikası və avtosistern, 109 (+2) xüsusi texnikadan ibarətdir.
Məlumata görə, Rusiya ən çox itkini Donetsk istiqamətində verib.
Nərmin VÜQARQIZI
