Yeni Baş naziri kütləvi istefa ilə qarşıladılar

 13:04 06.09.2022     174

Böyük Britaniyada bir sıra nazirlər və rəsmi şəxslər Liz Trassın Baş nazir postuna seçilməsi ilə əlaqədar istefa verəcəklərini bildiriblər.

Redaktor.az xəbər verir ki, daxili işlər naziri Priti Patel artıq istefa verdiyini elan edib.

Bundan əlavə, onun müavini Stiven Mak Partland da istefa verdiyini açıqlayıb. Eyni zamanda, Böyük Britaniyanın mədəniyyət, media və idman naziri Nadin Dorris də vəzifədən gedəcəyini bəyan edib.

Nazirlər Kabinetinin iki rəsmisi də istefa vermək niyyətində olduğunu deyib.

Qeyd edək ki, Liz Trass Böyük Britaniyanın yeni Baş naziri seçilib.