Zelenski müharibə müddətində doğulan azərbaycanlılara vətəndaşlıq verdi

 14:09 06.09.2022     361

Ukraynada müharibə müddətində üç Azərbaycan vətəndaşının doğulan uşaqlarına vətəndaşlıq verilib.

Redaktor.az-ın məlumatına görə, Ukrayna Dövlət Miqrasiya Xidmətindən "report"a bildirilir ki, bunlardan ikisinə vətəndaşlıq verilməsi Ukrayna prezidentinin sərəncamının “Ukrayna vətəndaşlığına qəbul” ilə bağlı 9-cu bəndinə əsasən baş tutub.

Bir uşaq isə valideynlərindən biri Ukrayna vətəndaşı olduğu üçün avtomatik vətəndaşlıq alıb.

Bu ailələr müharibə müddətində ölkəni tərk etməyiblər.