Liz Trass rəsmən Britaniyanın Baş naziri oldu - FOTO

 16:34 06.09.2022     470

Böyük Britaniyanın yeni seçilmiş Baş naziri Liz Trass vəzifəsinin icrasına başlayıb.

Redaktor.az xəbər verir ki, Şotlandiyanın Balmoral qəsrində 47 yaşlı siyasətçinin kraliça II Elizabetlə audensiyasının fotosu yayılıb.

Fotonu Bukingem sarayı paylaşıb.

Ənənəyə görə, monarx seçilmiş Baş nazirlə görüşdə ona hökuməti qurmağı tapşırır.

Bundan əvvəl 96 yaşlı kraliça üç ildən bir qədər çox bu vəzifədə çalışan Boris Consonun istefasını qəbul edib. II Elizabetin B.Consonla görüşü təxminən 40 dəqiqə çəkib. Görüşə sabiq hökumət başçısının həyat yoldaşı Kerri də qatılıb.

2