Ərdoğan Balkan səfərinə qapalı görüşlərlə BAŞLADI

 21:08 06.09.2022     366

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bosniya və Herseqovinaya səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

O, Sarayevoda Bosniya və Herseqovina Rəyasət Heyətinin rəhbəri Şefik Jaferoviç ilə danışıqlar aparıb. Görüş Türkiyə liderinin rəsmi qarşılanma mərasimindən sonra baş tutub.

Mətbuat üçün qapalı keçirilən görüşdə Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvləri Zelko Komşiç və Milorad Dodik də iştirak ediblər.

Görüşdən sonra Ərdoğan Türkiyə-Bosniya və Herseqovina biznes forumuna qatılıb.

Qeyd edək ki, Türkiyə Prezidenti sentyabrın 6-da axşam saatlarında Belqrada yola düşəcək.