Ukraynada daha 460 işğalçı, 20 tank MƏHV EDİLDİ - FOTO

 10:20 07.09.2022     215

“Son sutkada Ukraynada Rusiya ordusunun daha 20 tankı məhv edilib”.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, ötən gün Rusiyanın daha 460 hərbçisi zərərsizləşdirilib. Bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 50610-a çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 097 tank, 4 520 zirehli döyüş maşını, 1 194 artilleriya sistemi, 300 reaktiv yaylım atəşi sistemi, 156 hava hücumundan müdafiə sistemi, 237 təyyarə, 208 helikopter, 880 PUA, 214 qanadlı raket, 15 gəmi, 3 320 avtomobil texnikası və avtosistern, 109 xüsusi texnikadan ibarətdir.
Bir ‎bunu deyən yazı