Ukraynada işğalçıların bahalı helikopteri vuruldu

Ukrayna Silahlı Qüvvələrinin zenitçiləri sentyabrın 7-də səhər saatlarında Xerson vilayətinin hava məkanında Rusiya ordusuna məxsus "Ka-52" helikopterini vurublar.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində paylaşım edilib.
Məlumata görə, gecə saatlarında isə Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin şərqində Rusiyanın əməliyyat-taktiki səviyyəli iki PUA-sını məhv edib.
İLTİFAT