"Polşa Rusiya ilə müharibəyə hazırlaşmalıdır" - Nazir müavini

 15:49 07.09.2022     927

“Müharibəyə hazırlaşmalıyıq, çünki Polşa 3-10 ildən sonra Rusiya ilə savaşa cəlb edilə bilər”.

Redaktor.az “Ukraina online”yə istinadən xəbər verir ki, bunu Polşanın müdafiə nazirinin müavini Martsin Oçepa bildirib.

“Rusiya ilə çox ciddi müharibə riski var. Biz onunla yaxın 3-10 il ərzində qarşılaşa bilərik. Biz bu müddətdə Polşa ordusunun maksimum silahlandırmalıyıq”, - o deyib.

M.Oçepa vurğulayıb ki, bütün hadisələr Ukrayna müharibənin necə başa çatacağından asılıdır.