Ukraynada yüksək rütbəli rus zabiti əsir götürüldü - VİDEO

 15:59 07.09.2022     1184

Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin polkovnik-leytenantını əsir götürüb.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkədə müvafiq video yayılıb.

İlkin məlumata görə, yüksəkrütbəli zabit Xarkov istiqamətində tutulub.

Videoda onunla yanaşı, daha bir hərbçinin də əsir götürüldüyü nümayiş etdirilib.

Əsir götürülən polkovnik-leytenantın adı açıqlanmayıb.