Ukraynalılar Rusiyanın hərbi bazasını MƏHV ETDİ

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiyanın şəxsi heyətinin və hərbi texnikasının olduğu bazanı məhv edib.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə “Pivden” əməliyyat komandanlığından bildirilib.
Qeyd olunub ki, Ukrayna ordusu mövqe döyüşlərini davam etdirir:
“Qarşı tərəf maddi-texniki təchizat baxımından itkilər verir. Bu, Rusiya ordusunda ruh düşkünlüyü yaradır”.
Məlumata görə, anbarın vurulması nəticəsində 30 hərbçi və 2 piyada döyüş maşını məhv edilib.