Karaoke klubu yandı, 33 nəfər öldü 

 22:37 07.09.2022     269

Vyetnamın Bin Duonq vilayətindəki karaoke klubda yanğın baş verib.

Redaktor.az xəbər verir ki, hadisə zamanı 33 nəfər həlak olub.

Daha 40 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.