Rusiyanın Ukrayna ilə sərhədinə yaxın şəhərdə güclü partlayış - VİDEO

 10:25 08.09.2022     1320

Rusiyanın Ukrayna sərhədinə yaxın Belqorod şəhərində yarımstansiyada güclü partlayış baş verib.

Redaktor.az "Mash“ teleqram kanalına istinadən xəbər verir ki, nəticədə şəhərdə elektrik enerjisi ilə bağlı problemlər yaranıb.

Yarımstansiyada güclü partlayışın baş verdiyini Belqorodun meri Anton İvanov da təsdiqləyib.

“Enerji təchizatını tam bərpa etmək üçün indi ehtiyat sxemləri işə salınır. Mürəkkəb təmir işləri aparılır. Bütün sosial obyektlər artıq ehtiyat şəbəkəyə qoşulub”, - Belqorodun meri açıqlamasında qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən