Ukraynalılar ruslara şok yaşatdı - bir gündə 640 Rusiya hərbçisi öldürüldü

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 51250 (+640) canlı qüvvəsi, 2112 (+15), 4557 (+37) zirehli döyüş maşını, 1126 (+32) artilleriya sistemi, 305 (+5) reaktiv yaylım atəşi sistemi, 159 (+3) hava hücumundan müdafiə sistemi, 239 (+2) təyyarə, 210 (+2) helikopter, 884 (+4) PUA, 214 qanadlı raket, 15 gəmi, 3344 (+24) avtomobil texnikası və avtosistern, 110 (+1) xüsusi texnikadan ibarətdir.
Məlumata görə, Rusiya ən çox itkisini Donetsk istiqamətində verib.
TURAN
