“Heç kim bağışlanmayacaq!” - Paşinyan generallara xəbərdarlıq etdi

 18:20 08.09.2022     136

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərindəki erməni icmasının nümayəndələri ilə görüşündə 44 günlük müharibənin nəticəsindən danışıb.

Redaktor.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan müharibəni uduzmalarının səbəbini bəzi yüksək rütbəli hərbçilərin məsuliyyətsizliyilə bağlayıb.

“Biz cavab tapmalıyıq, niyə başqa nəticə olmadı?”.

Nikol Paşinyan qeyd edib ki, hüquq-mühafizə orqanlarının bu suala cavab tapacağına ümid edir.

“Bəziləri elə təəssürat yaratmağa çalışırdılar ki, hakimiyyət həqiqətin üzə çıxmasında maraqlı deyil. Amma belə deyil”.

Baş nazir deyib ki, heç kim bağışlanmayacaq. 

“Niyə kimisə bağışlamalıyıq? Günahkarlar bağışlanmır. Bu məsələdə güzəşt olmayacaq, bir nəfər də general bağışlanmayacaq, istər general, istər çavuş, hətta baş nazir, prezident olsun - bağışlanma olmayacaq”, - Nikol Paşinyan bildirib.