ABŞ Ukraynaya bu silahları göndərəcək - SİYAHI

 20:31 08.09.2022     503

Xəbər verdiyimiz kimi, ABŞ Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, Pentaqonun mətbuat xidməti yeni paketə daxil olan silah-sursatın siyahısını açıqlayıb.

Yeni hərbi yardım paketinə aşağıdakılar daxildir:

HIMARS raket sistemləri üçün əlavə sursatlar

HARM radar əleyhinə raketlər

4 ədəd 105 mm-lik artilleriya qurğusu 

36 min ədəd 105 millimetrlik artilleriya mərmisi

100 ədəd zirehli maşın

5 mindən çox tank əleyhinə sistem

Atıcı silahlar üçün 1,5 milyon patron

1 000 ədəd 155 millimetrlik mərmi

Əlavə qumbaraatanlar və və atıcı silahlar

Tibbi zirehli maşınlar

Gecəgörmə sistemləri.

Yeni yardım paketinin ümumi dəyəri 675 milyon ABŞ dollarıdır.