Uels şahzadəsi Çarlz Britaniyanın yeni kralı oldu

 22:24 08.09.2022     428

Kraliça II Yelizavetanın böyük oğlu Uels şahzadəsi Çarlz III Karl təxəllüsü ilə Böyük Britaniyanın yeni kralı olub.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın baş naziri Liz Trass məlumat verib.

Çarlz anası 96 yaşında vəfat etdikdən sonra taxt-taca oturub.

73 yaşlı Çarlz Britaniya taxtına çıxan ən yaşlı varisdir.