Böyük Britaniyada 10 gün milli matəm olacaq

 22:45 08.09.2022     917

Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar 10 gün milli matəm başlayıb.

Redaktor.az Sky News“a istinadən verdiyi xəbərə görə, Kraliçanın ölümündən sonra şahzadə Çarlz yeni monarx olub.

 

Hökumətin, ölkənin bütün diqqətini dəfn mərasiminə yönəltməsinə imkan vermək üçün təcili olmadıqda başqa hər hansı işə başlaması gözlənilmir.

II Elzabetin cənazəsi Bukinqem sarayına aparılacaq və ehtimal ki, beş gün orada qalacaq. Böyük idman tədbirlərinin, o cümlədən futbol və kriket matçlarının hörmət əlaməti olaraq təxirə salınması planlaşdırılır.