Ruslar Ukraynada dəhşət yaşadı - Bir gündə 650 hərbçisi öldürüldü

 10:18 09.09.2022     3251

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın müharibə itkilərini açıqlayıb. 

Redaktor.az xəbər verir ki, Baş Qərargahın səhər saatlarında yaydığı məlumata görə, son sutkada Rusiyanın 650 hərbçisi zərərsizləşdirilib.

Bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 51 900 nəfərə çatıb.

Eyni zamanda Rusiyanın 2122 tankı, 4575 zirehli döyüş maşını, 1237 artilleriya sistemi, 306 reaktiv yaylım atəşi sistemi, 159 hava hücumundan müdafiə sistemi, 239 təyyarə, 211 helikopteri, 888 PUA, 214 qanadlı raketi sıradan çıxarılıb.

Məlumata görə, Rusiya ən çox itkisini Donetsk istiqamətində verib.

İLTİFAT