Ukrayna ordusunun əsir götürdüyü general imiş - VİDEO

 10:46 09.09.2022     811

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Ukrayna ordusu Xarkov istiqamətində bir qrup rusiyalı hərbçini əsir götürüb. Əsir götürülənlər arasında Rusiya ordusunun polkovnik-leytenantının da olduğu bildirilirdi.

Redaktor.az xəbər verir ki, UNİAN teleqram kanalında sözügedən polkovnikin kimliyinə dair məlumat yayılıb.

Bildirilib ki, əsir götürülən yüksək vəzifəli hərbçi “Qərb” qoşun qrupunun komandiri general-polkovnik Andrey Sıçevoydur.

Bildirilir ki, Ukrayna ordusunun Balakleya şəhəri yaxınlığında əsir götürdüyü hərbçi ilə Sıçevoy zahirən oxşardır.

Bu barədə məlumat hələ ki rəsmi olaraq təsdiq olunmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən