Xarkovda Ukrayna bayrağı QALDIRILDI

 13:09 09.09.2022     392

Xarkov vilayətinin inzibati binasında yenidən Ukrayna bayrağı qaldırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, Xarkov vilayətinin işğaldan azad edilən ərazilərində mina və digər partlayıcılardan təmizlənmə işlərinə başlanılıb. Bölgələrdə dövlət orqanlarının işi, zədələnmiş infrastruktur bərpa edilir və əhaliyə yardım göstərilir.