Ərdoğan Britaniya kraliçasının dəfnində iştirak edə bilər

 15:30 09.09.2022     151

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyaya səfər edə bilər.

Redaktor.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

“Britaniya kraliçasının ölümü ilə bağlı sosial şəbəkə vasitəsilə başsağlığı verdim. Əgər imkanım olarsa, Britaniyaya getmək də istəyərəm. Amma, əlbəttə, bu, proqramımızdan asılıdır. Nəzərə almaq lazımdır ki, Britaniya kraliçası II Elizabet tanımadığım adam deyil”, - Ərdoğan bildirib.