Kral bu axşam Britaniya xalqına ilk dəfə müraciət edəcək

 18:00 09.09.2022     247

Kral III Çarlz bu axşam Britaniya xalqına ilk dəfə müraciət edəcək.

Redaktor.az xəbər verir ki, bunun üçün Kral Balmoral sarayından Londona qayıdıb.

Sessiyada parlament qarşısında çıxış edən Baş nazir Liz Trass Kral Çarlzla danışdığını bildirib. O deyib ki, Kral yasda olmasına baxmayaraq öz vəzifəsinə sadiqdir.

Qeyd edək ki, 96 yaşında vəfat edən Kraliça II Elizabet Böyük Britaniyanın və Avstraliya, Kanada və Yamayka da daxil olmaqla 14 ölkənin dövlət başçısı idi.